Məxfilik siyasəti

Bu mətn “İndigo” MMC-nin bu saytın vasitəsilə Sizin bizə ötürə biləcəyiniz məlumatın toplanması,istifadəsi və açıqlanmasına dair Məxfilik Siyasətini izah edir.Bu saytdan istifadə etməyə başlamamışdan və onun köməyi ilə “İndigo” internet dükanına məlumat göndərməmişdən zəhmət olmasa Məxfilik Siyasəti ilə tanış olun.
Bu saytdan istifadə edərək və onun vasitəsilə “İndigo” ya məlumat ötürərək,Siz Məxfilik Siyasətinin şərtləri ilə razılaşdığınızı təsdiq edirsiniz.

Ümumi müddəalar
Saytda yerləşdirilən obyektlər “İndigo”internet dükanın intellektual mülkiyyətidir.Belə obyektlərin saytın rəhbərliyi ilə razılaşdırmadan istifadə olunması qadağandır.

Məlumatdan istifadə
“İndigo”şəxsi xarakterli məlumatlardan ,o cümlədən soyad,ad,əlaqə rekvizitlərdən (telefon,elektron ünvan) və Azərbaycan Respublikasından müvafiq qanunvericiliyinə uyğun olaraq şəxsi məlumat kateqoriyasına aid edilən digər məlumatlardan Sizə xidmət göstərmək və müştərilərinin tələbat və maraqlarını daha yaxşı bilmək üçün istifadə edir.Belə ki,biz bu məlumatdan Sizinlə əlaqə saxlamaq,xidmət və texniki dəstək göstərmək,servislərin işindəki dəyişikliklər və yeni məhsul və xidmətlər barədə Sizi xəbərdar etmək,saytımızı yaxşılaşdırmaq,həmçinin reklam təkliflərinin göndərilməsi məqsədi ilə istifadə edirik.Mütəmadi olaraq bu məlumatlar “İndigo”tərəfindən və ya onun sifarişi ilə satılan məhsul və göstərilən xidmətlər barədə marketinq tədqiqatlarının keçirilməsi məqsədi ilə Sizinlə əlaqə yaratmaq üçün istifadə oluna bilər.

Seçim imkanı
“İndigo”Sizə müxtəlif məlumatları əldə etmək imkanı yaradır.Bura yeni məhsul və xidmətlər,xüsusi təkliflər barədə məlumatlar,həmçinin marketinq tədqiqatında iştirak etmək barədə dəvətlər daxildir.”İndigo”nun bütün yazılı materialları elektron poçtla yayıla bilər.Əgər bu məlumatların Sizə göndərilməsini istəmirsinizsə ,abunədən imtina edə bilərsiniz.

Şəxsi məlumatlar və təhlükəsizlik :
“İndigo “internet mağazası Sizdən alınmış istənilən məlumatın Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyində nəzərdə tutulmuş hallar istisna olunmaqla heç vaxt və heç bir şərtlə üçüncü çəxslərə ötürülməyəcəyinə zəmanət verir.
Müəyyən şəraitdə “İndigo” internet mağazası Sizdən qeydiyyata düşməyi və şəxsi məlumatları təqdim etməyi xahiş edə bilər.Təqdim olunmuş məlumat yalnız internet dükana edilən sifarişin yerinə yetirilməsində və ya ziyarətçiyə xüsusi informasiyaya giriş təqdim olunması üçün istifadə olunur.

Şəxsi məlumatları istənilən vaxt “Hesabım” bölməsində dəyişmək ,yeniləmək və ləğv etmək olar.
Bu saytdakı məlumatlar sırf informativ xarakter daşıyırlar ,onlara əvvəlcədən xəbərdarlıq etmədən dəyişikliklər edilə bilər.

Onlayn ödəniş
“İndigo” internet mağazası Sizə məhsullara görə ödənişi ödəmə kartları ilə həyata keçirmək imkanı verir.
Ödənişlə bağlı bütün əməliyyatlar PASHA Bank ödəmə sistemində həyata keçirilir və məlumatın məxfiliyinə zəmanət verilir.

Cookie fayılları
“İndigo” internet mağazası “müvəqqəti cookie-fayllar” adlanan texnologiyadan istifadə edir.Onun prinsipi belədir: Sizi sayta daxil olduqda ,server sayta girişi təmin etmək və ziyarət olunan saytları izləyə bilmək üçün içərisində məlumatlar olan kiçik faylı (müvəqqəti cookie-fayl) brauzerinizə ötürür.Müvəqqəti cookie –fayllardan istifadə olunması saytlara giriş barədə məlumatlı olmaq və saytdan istifadə statistikasının təhlili üçün lazımdır.

Məxfilik siyasətinin yenilənməsi
“İndigo”nun internetdəki məxfilik siyasətində edilən istənilən dəyişiklik bu səhifədə dərc olunacaq.Beləliklə,Siz həmişə hansı məlumatı topladığımızı və ondan necə istifadə etdiyimizi biləcəksiniz.

Əlaqə məlumatları:
Ünvan: Balababa Məcidov küç. 44/46
Əlaqə nömrəsi : +994(012) 596-17-12/13/14
Mob: +994(055) 208-16-61 Mob:+994(050) 532-12-22